Lerikdə əməliyyat: saxlanılan var

Reklam sahəsi

Lerikdə 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir