“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

Reklam sahəsi

Almaniyanın avtomobil istehsalçısı “Porsche” həmkarlar ittifaqlarının nümayəndələri ilə razılaşdırılmış yenidənqurmanın ikinci mərhələsi çərçivəsində 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verir.

Tərəflərin birgə bəyanatında qeyd olunduğu kimi, yeni ixtisarlar 3 900 əməkdaşın işdən çıxarılmasını nəzərdə tutan birinci tədbirlər paketinin, həmçinin şirkətin baş icraçı direktoru Mixael Leyters tərəfindən ilin əvvəlində elan edilmiş daha 500 iş yerinin ixtisarı qərarının ardınca gəlir.

“Porsche”dən vurğulanıb ki, heyətin sayının optimallaşdırılması sosial öhdəliklərə riayət olunmaqla həyata keçiriləcək.

Yenidənqurma “Volkswagen” konsernində xərclərin kütləvi şəkildə azaldılması proqramı fonunda baş verir. Şirkət yüksək istehsal xərcləri, güclənən rəqabət və tarif maneələri ilə üzləşir.

Bununla belə, əldə olunmuş razılaşma “Porsche”nin istehsal sahələrinin 2035-ci ilə qədər saxlanılmasını, eləcə də şirkətin Szuffenhausen və Vayssaxdakı zavodlarına 2,1 milyard avro (təxminən 2,39 milyard dollar) həcmində investisiya qoyulmasını nəzərdə tutur.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir