Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

Reklam sahəsi

Cəlilabad sakini Masallı rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirib.

Elchi.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.

O, müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir