Ağ Evdən son dəqiqə mesajı – ABŞ və İran razılaşır
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mühüm razılaşmanın yekun mərhələyə çatdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp Ağ Evdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Misir, İordaniya, Bəhreyn və Pakistan liderləri ilə İran məsələsi ətrafında telefon danışığı apardıqlarını bildirib.
Onun sözlərinə görə, sülh üzrə memorandumla bağlı razılaşma böyük ölçüdə uzlaşdırılıb və hazırda son detalları müzakirə olunur.
ABŞ prezidenti əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə də ayrıca danışıq keçirib və görüş çox yaxşı keçib.
Tramp bildirib ki, ABŞ, İran və bir sıra digər ölkələr arasında hazırlanmış sazişin detalları yaxın vaxtlarda açıqlanacaq. O həmçinin qeyd edib ki, razılaşmanın əsas elementlərindən biri kimi Hörmüz boğazı açılacaq.
Xəbərləraz.com