Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Reklam sahəsi

Binəqədi rayonunda idman zalından oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir