Səudiyyə Ərəbistanında “Şahid” tipli dronlar istehsal olunacaq
Səudiyyə Ərəbistanı, Amerikanın müdafiə startapı və yerli şirkətlə birlikdə İranın “Şahid” dronları nümunəsində hazırlanmış uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalı layihəsinə start verir.
Elchi.az xəbər verir ki, “Semafor” nəşrinin verdiyi məlumata görə, Amerikanın “Vector Defense” (Yuta ştatı) şirkəti və Səudiyyə Ərəbistanının “SR2 Defense Systems” startapı tərəfindən yaradılmış “SR2Vector” birgə müəssisəsi Ər-Riyad yaxınlığında zərbə dronlarının istehsalı zavodunu tikir.
Nəşrin məlumatına görə, müəssisədə uçuş məsafəsi 1500 kilometrə qədər olan “SKYWASP” kamikadze dronlarının istehsalı planlaşdırılır. Bu məsafə Səudiyyə Ərəbistanının şimal-şərqindən Tehrana qədər olan məsafə ilə müqayisə oluna bilər.
“SR2” şirkətinin həmtəsisçisi Lüsien Ziqler layihənin Səudiyyə Ərəbistanının müdafiə potensialının gücləndirilməsinə yönəldiyini qeyd edib, lakin icra müddətlərini, investisiya həcmini və planlaşdırılan istehsal miqyasını açıqlamayıb.
Məryəm