FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə təhlükəsizlik tədbirləri davam etdirilir – VİDEO

Reklam sahəsi

Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Elchi.az xəbər verir kİ, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Əməliyyatlara FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir