Lö Pen 2027-ci ildə Fransa prezidenti seçkilərində iştirak etmək hüququna malikdir
Sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Lö Pen, Paris Apelyasiya Məhkəməsinin iclasının yekunlarına əsasən, 2027-ci il prezident seçkilərində iştirak etmək üçün formal olaraq hüquqi müstəvidə icazə qazanıb.
Elchi.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, o, öz qərarı barədə daha sonra açıqlama verəcək.
Məhkəmə iclası ərəfəsində 3 il müddətinə azadlıqdan məhrum edilən (bunun bir ilini elektron qolbaq taxmaqla keçirməlidir) Lö Pen bəyan etmişdi ki, seçki kampaniyasını elektron qolbaqla aparmaq niyyətində deyil.
Məryəm