Zelenski: “AB3 ölkələri raketdən müdafiəni gücləndirməyə kömək edəcək”

Reklam sahəsi

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Böyük Britaniya, Fransa və Almaniya E3 formatı çərçivəsində Kiyevə raketdən müdafiə məsələlərində kömək edəcək.

Elchi.az xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna Böyük Britaniya ilə Avropanın ballistik raket əleyhinə sistemi yaratmaq imkanları üzərində işləyir.

“Biz bunun üzərində işləyirik. Bu, bizə lazımdır, Böyük Britaniyaya da lazımdır”, – o qeyd edib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, E3 ölkələri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin zəruriliyini dəstəkləyiblər.

Bundan əvvəl Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə danışıqlar aparıb və Böyük Britaniya, Fransa və Almaniya liderlərini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb.

                                                                                                                                                             Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir