FHN: Arazda batdığı ehtimal olunan yeniyetmənin axtarışları davam edir – VİDEO

Reklam sahəsi

İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Elchi.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir