“44”dən ikinci TİZER: qəhrəmanların ən ağır sınağı
Vətən müharibəsinə həsr edilmiş “44” bədii filminin 12 tizerdən ibarət seriyasının ikinci hissəsi yayımlanıb.
filmin yeni tizeri “Hisslər” adlanır.
Filmin süjetinin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri, polkovnik Ramazan Kərimov dayanır.
“44” filmi yalnız müharibə hadisələrindən bəhs etmir. Ekran əsərində Vətən sevgisi, qəhrəmanlıq, fədakarlıq və müharibənin insan talelərinə təsiri ön plana çəkilir.
Filmin əsas xəttində qəlbi Vətən sevgisi ilə döyünən, ümidini itirməyən və torpaqlarının azadlığı uğrunda sona qədər mübarizə aparan Azərbaycan xalqının hekayəsi dayanır.
Yeni tizerdə də filmin qəhrəmanlarının yaşadığı hisslər, onların qarşılaşdığı sınaqlar və müharibənin insan həyatında yaratdığı izlərə diqqət çəkilir.