Zelenskinin həyat yoldaşı çətin vəziyyətə düşdü – Çıxışı LƏĞV OLUNDU

Reklam sahəsi

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Polşanın Qdansk Universitetində planlaşdırılan mühazirəsi ləğv olunub.

Elchi.az bu barədə “Wirtualna Polska” məlumat yayıb.

Məlumata görə, Yelena Zelenskaya əvvəlcə Ukraynanın bərpasına həsr olunan konfrans çərçivəsində həyat yoldaşı ilə birlikdə çıxış etməli idi.

Nəşrin yazdığına görə, universitetin mətbuat katibi Maqdalena Neçuya-Qonişevska Zelenskayanın tədbirdə iştirakının ləğv olunduğunu təsdiqləyib.

Bildirilir ki, qərar Ukrayna Silahlı Qüvvələrinin “UPA qəhrəmanları” adını daşıyan bölməsi ilə bağlı qalmaqal fonunda qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Varşava ilə yaşanan gərginlik səbəbindən Polşada keçiriləcək Ukraynanın bərpası konfransına qatılmayacağını açıqlamışdı. (konkret.az)

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir