Zelenski: Ukrayna 600 HHM raketinin alınması üçün Almaniya ilə müqavilə imzalayıb

Reklam sahəsi

Ukrayna Almaniya ilə hava hücumundan müdafiə raketlərinin alınması üçün müqavilə imzalayıb.

Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın “TSN” telekanalına müsahibəsində hava hücumundan müdafiə (HHM) raketlərinin alınması üçün Almaniya ilə müqavilə imzalandığını bildirib.

“Ukrayna 600 HHM raketinin alınması üçün Almaniya ilə müqavilə imzalayıb”, — deyə o qeyd edib.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan etmişdi ki, Berlin öz ehtiyatlarından Ukraynaya üçrəqəmli sayda “hava-hava” sinfinə aid raketlər tədarük edəcək. Həmçinin Böyük Britaniya Kiyevə yeni partiya pilotsuz uçuş aparatları və zenit raketləri təqdim edəcək.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir