Zelenski Trampdan qışa qədər Kiyevə 300 “Patriot” raketinin verilməsini xahiş edib
Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa müraciət edərək, qışa qədər Ukraynaya “Patriot” kompleksləri üçün 300 raket-zərərsizləşdiricinin təmin olunmasını xahiş edib.
Elchi.az xəbər verir ki, bu barədə o, “Axios” portalına müsahibəsində bildirib.
Portalın qeyd etdiyinə görə, bu xahiş Ukraynanın qışda üzləşə biləcəyi energetika kollapsı ilə bağlı narahatlıqlarla əlaqədardır. Eyni zamanda Zelenski iddia edir ki, Tramp “kömək etməyə çalışacağına söz verib”, lakin ABŞ Prezidenti İranla münaqişə zamanı bu raketlərdən istifadə ehtiyacı səbəbindən bunun çətin olduğunu vurğulayıb.
Zelenski həmçinin təsdiqləyib ki, ikitərəfli görüş zamanı Trampla prezidentin xüsusi elçisi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerin Ukraynaya ehtimal olunan səfərini müzakirə edib. Bu səfər iki həftə ərzində baş tuta bilər.
Məryəm