Zelenski: Rusiya Kiyevə kütləvi zərbələrə görə mütləq cavab alacaq

Reklam sahəsi

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.

Elchi.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə o paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.

“Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq – mütləq”, – Zelenski deyib.

O həmçinin bildirib ki, Ukrayna “ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması”nın tərəfdarıdır.

Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir