Zaxarova Sandunu Moldovanın kimliyini məhv etməkdə günahlandırır

Reklam sahəsi

Zaxarova: Sandu rejimi AB-nin göstərişi ilə Moldovanın kimliyini məhv edir.
Elchi.az xəbər verir ki, Moldova prezidenti Maya Sandunun administrasiyası Rumıniyanın maraqları naminə Avropa Birliyinin göstərişi ilə ölkənin kimliyini məhv edir. Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik Radiosunda bildirib.
24 iyunda Rumıniya Parlamentinin aşağı palatası ölkənin Moldova ilə birləşməsi ilə bağlı danışıqların başlanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Zaxarovanın sözlərinə görə, bu qərara cavab olaraq Moldova hakimiyyəti moldovalıları rumın adlandırıb və Moldova dilinin olmadığını iddia edib.
“Məcburi rumınlaşdırma aparılır… Məhz bu kimlik mədəniyyəti məhv edilir”, – deyə rusiyalı diplomat bildirib.
İyun ayında Zaxarova Moldova və Rumıniyanın mümkün birləşməsi sağlam düşüncənin istehzası olduğunu bildirib. Diplomatın sözlərinə görə, o, heç bir texnologiyadan istifadə etmədən belə insanların beyinlərinin yuyulmasını görməyib.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir