Yazıçı Aysel Nəsirzadənin “Gerisi nağıl” kitabının imza günü böyük maraqla qarşılandı – FOTOLAR

Reklam sahəsi

Mayın 23-də VI Türk Dünyası Ədəbiyyat Festivalı çərçivəsində yazıçı Aysel Nəsirzadənin “Gerisi nağıl” kitabının imza günü keçirilib.

Elchi.az – ın məlumatına görə, müəllifin sayca 5-ci kitabı olan bu nəşrin təqdimatı açıq səma altında təşkil olunan festival çərçivəsində baş tutub. İmza saatı oxucuların və ədəbiyyatsevərlərin böyük marağına səbəb olub.

Tədbirə xeyli sayda oxucu qatılıb, kitablar imzalanıb və müəlliflə xatirə şəkilləri çəkdirilib.

Tədbirdə yazıçının həmkarları və dostları da iştirak edərək ona dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus imzası ilə seçilən Aysel Nəsirzadənin indiyədək nəşr olunan kitablarından dördü Azərbaycanda, biri isə Türkiyədə işıq üzü görüb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir