Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

Reklam sahəsi

Vyetnamın cənubunda, Fukuok adası yaxınlığında turistləri daşıyan gəzinti qayığının çevrilməsi nəticəsində azı 15 nəfər ölüb.

Bu barədə “VnExpress” portalı məlumat yayıb.

Məlumata görə, göyərtəsində 32 turist və 4 ekipaj üzvü olan sürətli qayıq Hon Mey Rut Nqoay adasından təxminən 400 metr aralıda qəfil nasazlıq səbəbindən çevrilib. Nəticədə göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri dənizə düşüb.

Xilasetmə əməliyyatı zamanı 21 nəfər xilas edilib. Qəza nəticəsində iki qadın və 13 kişi olmaqla ümumilikdə 15 nəfər ölüb.

Sağ qalanlar təcili tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir