Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyaya səfər edib

Reklam sahəsi

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-dən etibarən Aİ Şurasına sədrliyə başlayan İrlandiyaya gəlib.

Elchi.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat verib.

Zelenski İrlandiyaya endiyini bildirib və gəlişindən görüntülər paylaşıb.

O qeyd edib ki, İrlandiyanın Aİ Şurasına sədrliyinin açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində həmçinin ölkənin Baş naziri Mihol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşlər planlaşdırılıb.

“Ukrayna hər gün bizim ümumi Avropa evimizin bərabərhüquqlu bir hissəsi olmağa layiq olduğunu sübut edir. Ümid edirik ki, İrlandiyanın Aİ Şurasına sədrliyi dövründə üzvlük yolunda nəzərəçarpan tərəqqiyə nail ola və bütün danışıqlar klasterlərini aça biləcəyik”, — deyə prezident vurğulayıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir