Ukrayna Baş Qərargah rəisi dəyişdirildi

Reklam sahəsi

Ukrayna Prezidenti Volodimir Zelensky Baş Qərargah rəisi Aleksandr Sırskini vəzifəsindən azad etdi və onun yerinə Birləşmiş Qüvvələrin Komandanı briqada generalı Mixaylo Drapati təyin etdi.
Elchi.az xəbər verir ki, Gündəlik video müraciətində Zelensky Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirdi.
O, həmçinin yüksək rütbəli hərbi rəsmilərlə görüşdüyünü və Ukrayna Baş Qərargahında planlaşdırılan bəzi dəyişiklikləri müzakirə etdiyini bildirdi.
Zelensky, Ukrayna Ordusunun Birləşmiş Qüvvələrinin Komandanı briqada generalı Mixaylo Drapati’ni Aleksandr Sırskinin yerinə yeni Baş Qərargah rəisi təyin etmək qərarına gəldiyini açıqladı. Zelensky, Sırskinin müharibənin əvvəlində paytaxt Kiyevin müdafiəsində, daha sonra Xarkov bölgəsindəki əks-hücumda və Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumlarında təsirli rol oynadığını bildirdi və Sırskiyə xidmətlərinə görə təşəkkür edərək dedi: “Sabah bütün bu qərarları rəsmiləşdirəcəyik”.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir