Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Reklam sahəsi

Türkiyədə iyulun 29-dan avqustun 2-dək baş verən meşə yanğınları zamanı dəyən ziyanın qiymətləndirilməsi işləri başa çatıb.

Elchi.az xəbər verir ki, bununla bağlı ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlama verib.

O bildirib ki, qeyd olunan müddətdə Muğla, Antalya, Aydın, Balıkesir və Mersin vilayətlərində ümumilikdə 92 tikiliyə ziyan dəyib, onlardan 58-i yaşayış evidir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir