Türkiyədə Ərdoğan və Trampın müzakirə edəcəyi mövzular açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-də amerikalı həmkarı Donald Trampla ikitərəfli münasibətlərin müxtəlif aspektləri üzrə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
“ABŞ Prezidenti Donald Tramp Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 7 iyul 2026-cı il tarixində ölkəmizə rəsmi səfər edəcək. Ankarada keçiriləcək danışıqlar zamanı iki yaxın müttəfiq və strateji tərəfdaş olan Türkiyə ilə ABŞ arasındakı münasibətlər, o cümlədən müdafiə, ticarət və investisiya məsələləri hərtərəfli nəzərdən keçiriləcək. Liderlər mövcud əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımları müzakirə edəcəklər”, — deyə Duran “X” sosial şəbəkəsində bildirib.
İkitərəfli mövzuların müzakirəsi ilə yanaşı, “danışıqlarda qlobal və regional hadisələr barədə də fikir mübadiləsi aparılacaq”.
Trampın çərşənbə axşamı səhər saatlarında Ankaraya gələcəyi gözlənilir. Türkiyə tərəfi onun üçün ali səviyyədə rəsmi qarşılanma mərasimi hazırlayıb. Yerli şərhçilərin gözləntilərinə görə, danışıqlardan sonra Ərdoğan və Tramp birgə mətbuat konfransı təşkil edəcəklər.
İyulun 8-də isə Tramp günün bir hissəsini liderlərin işçi sessiyalarının keçiriləcəyi NATO sammiti meydançasında keçirəcək.
Məryəm