Tramp Zelenskini təriflədi: “Yaxşı işləyir”

Reklam sahəsi

Oval kabinetdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski haqqında müsbət fikirlər səsləndirib.

Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“O, olduqca yaxşı işləyir.

Bütün hesablara görə, o, çox yaxşı işləyir. Onu cəsarətli adlandırmaq lazımdır: onun yaxşı texnikası var, yaxşı insanları var, döyüşçüləri var”, – deyə Tramp əlavə edib.

Tramp və Zelenski keçən həftə Fransada keçirilən G7 sammiti çərçivəsində görüşüblər. Həmin vaxt ABŞ prezidenti qeyd edib ki, danışıqlar çox yaxşı keçib və tərəflər əsas diqqəti Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə yönəltmək niyyətindədirlər.

                                                                                                                                                                                                                           Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir