Tramp: “Vens və Rubio komandasını məğlub etmək çox çətin olardı”

Reklam sahəsi

Əgər ABŞ-ın dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens cütlük şəklində prezident seçkilərində iştirak edərlərsə, onların tandemini məğlub etmək demək olar ki, qeyri-mümkün olacaq.

Elchi.az xəbər verir ki, bu barədə “New York Post” qəzetinə Prezident Donald Tramp bildirib.

“Zənnimcə, bir komanda olaraq Cey Di və Markonu məğlub etmək çox çətin olardı. Mən onların birlikdə necə işlədiklərini müşahidə edirəm, onlar yola çox yaxşı gedirlər”, — deyə Amerika lideri əlavə edib.

ABŞ-da prezident seçkilərində namizəd vitse-prezidentliyə namizədlə cütlük şəklində irəli sürülür.

Növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Tramp bundan əvvəl də dəfələrlə respublikaçılardan növbəti prezident seçkilərində Vens və Rubionun birlikdə namizədliklərini irəli sürməli olduqları fikrini ifadə edib.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir