Tramp Suriya XİN rəhbərinin təşəkkür paylaşımını repost etdi
ABŞ Prezidenti Donald Tramp Suriyanın xarici işlər nazirinin bu ölkənin terrora sponsorluq edən dövlətlər siyahısından çıxarılmasına görə təşəkkür etdiyi paylaşımı öz sosial şəbəkə hesabında yenidən yayımlayıb (repost edib).
Suriya diplomatiyasının rəhbəri rəsmi Vaşinqtonun qərarını yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib. Trampın həmin təşəkkür mesajını öz hesabında paylaşması isə beynəlxalq mediada geniş rezonans doğurub.
