Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Reklam sahəsi

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib.

Elchi.az xəbər verir ki, Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə “Əgər mən olmasaydım, artıq İsrail olmazdı” deyib.

O əlavə edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı yalnız özü tərəfindən verilib. Tramp İsrailin ABŞ-ı münaqişəyə cəlb etməsi ilə bağlı iddiaları rədd edib.

“Bunu mən başladım. Və mən bunu ona görə başladım ki, biz onların (İranın) nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – deyə Tramp bildirib.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir