Tramp İran liderlərini alçaq adlandırdı
ABŞ Prezidenti Donald Tramp İran liderlərini “alçaqlar” adlandırıb və İrana qarşı yeni zərbələr endirilməsi barədə göstəriş verib.
Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti yazıb.
“Onlar alçaqdırlar. Onlar xəstə adamlardır. Onları xəstə insanlar idarə edir və özləri də qəddar, zorakılığa meylli insanlardır. Mənim fikrimcə, onlarla məşğul olmaq sadəcə vaxt itkisidir. Onlar yalançıdırlar… onlarda nəsə bir qüsur var. Onlar ağıllarını itiriblər”, – deyə o bildirib.
Amerika lideri İranla danışıqların davam edə biləcəyini bildirdi, baxmayaraq ki, danışıqların məhsuldarlığına çox şübhə ilə yanaşır. O, şəxsən buna vaxt sərf etmək istəmədiyini, lakin istəsə, “gözəl” amerikalı danışıqçıların Tehranla danışmağa davam etməsinə icazə verəcəyini etiraf etdi.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın hücumlarına cavab olaraq Küveyt və Bəhreyndə yerləşən dörd ABŞ bazasına hücum etmişdi. İran ordusu hücumların “müqavilələri pozan amerikalılara qarşı” cavab tədbiri olaraq həyata keçirildiyini bildirdi.
Yeganə