Tramp: İran Hörmüz boğazından rüsum almadığını bildirib

Reklam sahəsi

İran rəsmiləri ABŞ-ı əmin ediblər ki, gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tələb etmirlər.

Elchi.az-ın xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər ödənişin alındığı məlum olarsa, ABŞ İran tərəfi ilə danışıqları dərhal dayandıracaq.

“İran ABŞ-ı məlumatlandırıb ki, əksini iddia edən saxta xəbərlərə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum yığımır, sığorta haqları və ya hər hansı digər ödənişlər tələb etmir”, — deyə o, “Truth Social” şəbəkəsində yazıb.

ABŞ lideri vurğulayıb ki, əgər “Tehrandan alınan məlumatın yalan olduğu üzə çıxarsa, danışıqlar dərhal dayandırılacaq”.

Məryəm 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir