Tramp Həmasın silahsızlandırılması ilə bağlı razılaşmanı elan etdi

Reklam sahəsi

“Sülh Şurası Qəzza zolağındakı Fələstin hərəkatı Həmas və digər qruplaşmaların tam tərksilah edilməsi ilə bağlı razılıq əldə edib”.

Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.

“Sülh Şurası Həmas və Qəzzadakı bütün digər silahlı qruplaşmaların tam tərksilah edilməsi ilə bağlı tarixi razılıq əldə edib. Bu, davamlı sülh yolunda atılmış çox mühüm bir addımdır”, – deyə Tramp yazıb.

Daha əvvəl Həmasın Qəzza zolağını təxminən iyirmi il ərzində idarə edən qurumu ləğv etdiyi bildirilmişdi. Həmin qurumun səlahiyyətləri xüsusi olaraq yaradılmış komitəyə ötürüləcək.

                                                                                                                                                                       Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir