Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasında atom energetikası sahəsindəki razılaşmanın krallıqda uranın zənginləşdirilməsini nəzərdə tutmadığını və hərbi məqsədlərə yönəlmədiyini bəyan edib.
Elchi.az xəbər verir ki, ABŞ liderinin “Truth Social” şəbəkəsində qeyd etdiyi kimi, “ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında bağlanan mülki nüvə energetikası sahəsindəki saziş (materialın zənginləşdirilməsi olmayacaq!) yalnız qeyri-hərbi məqsədlərə yönələcək”. Tramp əlavə edib ki, uran hərbi ehtiyaclar üçün zənginləşdirilmədikdə “ABŞ mülki nüvə energetikası obyektlərinə qarşı deyil”.
Məryəm