Tramp Britaniyanı “yoxsullaşmış fəlakət” adlandırdı

Reklam sahəsi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı yoxsulluq içində boğulan bir fəlakət adlandırıb.

Elchi.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” səhifəsində yazıb.

Tramp qeyd edib ki, o, Böyük Britaniyanın yeni baş naziri olacaq Endi Börnemin Şimal dənizi yataqlarında neft hasilatını artırmaq planlarını dəstəkləyir. ABŞ Prezidenti vurğulayıb ki, bura yüksək keyfiyyətli neftin dünyadakı ən böyük mənbələrindən biridir və əksəriyyəti hələ kəşf edilməmiş ehtiyatları əsrlərlə kifayət edəcək həcmdədir. Trampın fikrincə, Şimal dənizi nefti Britaniyanı “yoxsulluq içində boğulan bir fəlakət”dən dünyanın ən varlı dövlətlərindən birinə çevirə bilər.

                                                                                                                                                                                                                                                                          Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir