Tramp: Biz çarəsizlikdən masa arxasına oturmadıq, İran oturdu
ABŞ prezidenti Tramp İranla əldə edilən razılaşma ilə bağlı dedi: “Biz çarəsizlikdən masa arxasına oturmadıq, İran oturdu. Artıq bitdi”. Müharibənin İranı zəiflətdiyini iddia edən Tramp iddia etdi ki, “(İranın) artıq hava qüvvələri, donanması, zenit avadanlığı, radarı və ya əhəmiyyətli dəyərə malik başqa bir şeyi yoxdur”.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social platformasında ABŞ və İran arasında əldə edilən razılaşma ilə bağlı açıqlamalar verdi.
İki ölkə arasındakı razılaşma ilə bağlı ABŞ prezidenti dedi: “Biz çarəsizlikdən masa arxasına oturmadıq, İran oturdu. Artıq bitdi”.
Tramp razılaşmada razılaşdırılmış 60 günü tamamlayacaqlarını bildirdi və İrana “bir qəpik də verilməyəcəyini” əlavə etdi.
Tramp bir sıra paylaşımlarında “Müharibə İranı zəiflətdi. Onların artıq hava qüvvələri, donanması, zenit avadanlığı, radarı və ya əhəmiyyətli dəyərə malik başqa bir şeyi yoxdur” şərhini verdi. İranın dörd ay əvvəlkindən daha yaxşı vəziyyətdə olduğunu deyən Demokratlara hücum edən Tramp, “Təsəvvür edə bilərsinizmi ki, belə bir şey deyib cəzasız qalsın? İnsanlar nə qədər axmaq ola bilərlər?” dedi.
Şayəstə