Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 5 məktəbdə boş qalan yerlərə I sinfə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Elchi.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə I sinfə elektron qəbul zamanı üstünlük hüququ tətbiq edilən 5 məktəbdə boş qalan yerlər üçün sərbəst seçim imkanı yaradılacaq.
Qeyd olunub ki, həmin tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Sərbəst qəbulun aparılacağı məktəblər bunlardır:
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
Bakı şəhəri “Zəngi” liseyi;
Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksi.