Sabah Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək

Reklam sahəsi

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

Elchi.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir