Sabah məhərrəm ayı başa çatır

Reklam sahəsi

Məhərrəm ayı sabah – iyulun 14-də başa çatır.

Bu barədə ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.

İmamın 40 mərasimi (Ərbəin – Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətindən keçən 40 gün nəzərdə tutulur) avqustun 4-də qeyd olunacaq.

Səfər ayı isə iyulun 15-də başlayacaq, avqustun 13-də başa çatacaq.

Xatırladaq ki, bu il məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başlayıb. İyunun 25-də Aşura qeyd olunub. (konkret.az)

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir