“Rusiya iqtisadiyyatının sabitliyinə şübhə etmək üçün heç bir əsas yoxdur” – Peskov

Reklam sahəsi

“Qlobal enerji bazarlarında qeyri-sabitlik bütün ölkələrə təsir edir, lakin Rusiyanın makroiqtisadi sabitliyinə heç bir şübhə yoxdur”.

Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın makroiqtisadi sabitliyinə tamamilə zəmanət verildiyini və heç kəsdə şübhə yaratmadığını vurğulayıb.

“Hazırda ölkəmizdə makroiqtisadi sabitliyə şübhə etmək üçün heç bir əsas yoxdur”,-deyə Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, əlavə edib ki, neft bazarlarındakı qeyri-sabitlik bütün qlobal iqtisadiyyata, o cümlədən Rusiya iqtisadiyyatına təsir göstərir və neft gəlirləri Rusiya büdcəsinə əhəmiyyətli töhfə olaraq qalmaqda davam edir, baxmayaraq ki, qeyri-neft və qaz gəlirlərinin payı da artmaqdadır.

                                                                                                                                                                                                                                   Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir