Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı
ABŞ Dövlət katibi Mark Rubio rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib ki, Ukraynada sülhə nail olmaq üçün münaqişəyə son qoyulması ilə bağlı yeni ideyalar tələb olunur.
Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
ABŞ-ın baş diplomatı qeyd edib: “Əgər sülh bərqərar olacaqsa, bu, yeni ideyalar və yeni yanaşmalar sayəsində baş verəcək; fürsət yaranacağı və şərait uyğun olacağı təqdirdə, biz onlardan bəzilərini müvafiq şəraitdə və formatda təklif etməyə hazırıq. Biz bu rolu müsbət şəkildə oynamağa hazırıq”.
Rubio əlavə edib ki, ABŞ tərəflər arasında kompromis əldə etməyə çalışmaqda maraqlıdır.
Daha əvvəl Rubio Lavrovla “yaxşı və səmimi söhbət” apardığını bildirmişdi. Diplomatlar arasındakı görüş Manilada ASEAN tədbirləri çərçivəsində baş tutub və 35 dəqiqə davam edib.
Yeganə