Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
Pakistan nümayəndələri ABŞ və İsrailin İranla münaqişəsinin sülh yolu ilə başa çatdırılması səyləri çərçivəsində mayın 21-i Tehrana səfər edəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
“Pakistanlılar bu gün İrana yola düşəcəklər. İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub… Bəzi yaxşı əlamətlər var”, – o qeyd edib.
Lakin dövlət katibi vaxtından əvvəl nikbinliyə qapılmamaq barədə xəbərdarlıq edib: “Yaxın bir neçə gün ərzində vəziyyət aydınlaşacaq”.