Rubio BƏƏ prezidenti ilə İranla bağlı sövdələşməni müzakirə edib
ABŞ-ın dövlət katibi Marko Rubio və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən görüşdə Vaşinqton və Tehran arasındakı razılaşmaları, həmçinin Hörmüz boğazında azad gəmiçiliyin təmin olunmasını müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı bəyanatında bildirilir.
“Onlar ABŞ prezidenti Donald Trampın İranla qarşılıqlı anlaşma memorandumunu, Hörmüz boğazı vasitəsilə azad gəmiçiliyin təmin edilməsi səylərini, eləcə də regionda sülh və sabitliyin vacibliyini müzakirə ediblər”, — deyə sənəddə qeyd olunur. Piqottun sözlərinə görə, ABŞ-ın dövlət katibi və BƏƏ prezidenti “müdafiə və ticarət sahələrində gələcək əməkdaşlıq” barədə də danışıblar. Rubio “ABŞ-ın BƏƏ-nin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib”.
Məryəm