Qəzzada 60 mindən çox uşaq yetim qalıb
İsrail Silahlı Qüvvələrinin 2023-cü ilin oktyabrından bəri həyata keçirdiyi hərbi əməliyyatlar və zərbələr nəticəsində Qəzza zolağında 60,7 minə yaxın fələstinli uşaq yetim qalıb.
Elchi.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Qurumun məlumatına görə, 52 minə yaxın azyaşlı atasını, 6 minə yaxına qədəri anasını, ən azı 2,7 min uşaq isə hər iki valideynini itirib.
Səhiyyə Nazirliyinin iddiasına görə, zolaqda münaqişənin kəskinləşməsi nəticəsində qurbanların ümumi sayı 73 335 nəfərə çatıb, 174 mindən çox fələstinli xəsarət alıb.
Məryəm