Qəbul imtahanında istifadə olunan yazılı cavab tələb edən tapşırıqların nəticələri 3 həftədən sonra elan ediləcək
24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 3 həftədən sonra elan olunması nəzərdə tutulur.
Bu barədə Elchi.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.