Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

Reklam sahəsi

Polşa Xarici İşlər Nazirliyi ölkənin cənub-şərqindəki Lyublin voyevodluğunun Tarnavı-Koloniya yaşayış məntəqəsi yaxınlığında Polşa hakimiyyəti tərəfindən “Rusiyanın X-101 raketi” kimi müəyyən edilən naməlum obyektin düşməsi ilə bağlı Rusiyanın səfiri Qeorqi Mixnonu çağırıb.

Elchi.az xəbər verir ki, bu barədə respublikanın Baş naziri Donald Tusk məlumat verib.

“Bu gün Polşa Xarici İşlər Nazirliyi dünən Polşa ərazisinə düşən raketlə bağlı insidentlə əlaqədar Rusiya səfirini çağırıb”, — deyə Tusk “X” sosial şəbəkəsində ingilis dilində paylaşıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir