Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib
“Polşanın Ukrayna ərazisinə heç bir iddiası yoxdur”.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik bu açıqlamanı Rusiya prezidenti Vladimir Putinin Ukraynanın gec-tez qərb torpaqlarını – vaxtilə Polşa, Macarıstan və Rumıniyanın tərkibində olan ərazilərini itirəcəyi ilə bağlı fikirlərinə cavab olaraq verib.
“Polşa Respublikası Ukraynaya qarşı ərazi iddiaları irəli sürməyib, irəli sürmür və irəli sürmək niyyətində deyil”,-deyə bəyanatda deyilir.
O, həmçinin vurğulayır ki, Varşava Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır, ona hörmət edir və sarsılmaz dəstəyini ifadə edir.
Yeganə