Polşa Ukrayna kəşfiyyatının ölkədəki gücləndirilmiş fəaliyyətini gizlədir

Reklam sahəsi

Ukrayna digər ölkələrlə müqayisədə Polşada ən aktiv casusluq fəaliyyəti nümayiş etdirir, lakin prokurorluqda bununla bağlı aparılan araşdırmalar barədə məlumatlar qəsdən dərc olunmur.

Elchi.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti Polşa kəşfiyyat xidmətlərinin adının açıqlanmasını istəməyən əməkdaşlarına istinadən məlumat yayıb.

Onların məlumatına görə, Ukrayna kəşfiyyatı Polşada yaşayan belarusluları və rusiyalıları, eləcə də Ukraynadan yeni gəlmiş qaçqınları aktiv şəkildə əməkdaşlığa cəlb etməyə çalışır. Polşa kəşfiyyatının adının çəkilməsini istəməyən zabiti qəzetə bildirib: “Onlara həssas məlumatları ötürmək təklif olunur. Sadə dildə desək, işlədikləri Polşa dövlət qurumlarından və şirkətlərindən məlumat sızdırmaq tapşırılır”. Həmçinin “Ukraynaya humanitar yardım və ya işgüzar məqsədlərlə gedən polşalıların” da əməkdaşlığa cəlb edilməsi cəhdləri barədə siqnallar var. Nəşr qeyd edir ki, prokurorluq artıq Kiyevin xeyrinə casusluqla bağlı bir neçə iş üzrə təhqiqat aparır, lakin bu işlərə qapalı rejimdə baxılır və gedişatı barədə heç bir məlumat dərc edilmir.

Qəzetin mənbələrinə görə, qərb ölkələrinin, xüsusilə Böyük Britaniya və ABŞ-ın xüsusi xidmət orqanları da Polşada yüksək kəşfiyyat fəallığı nümayiş etdirirlər — onları Ukraynadakı xüsusi hərbi əməliyyat zamanı istifadə olunan Rusiya hərbi texnologiyaları maraqlandırır. Bundan əlavə, nəşr qeyd edir ki, Almaniya və Fransa kəşfiyyatları da Polşada aktiv fəaliyyət göstərir. Vurğulanır ki, Berlin bu yolla “maraqların qorunması istiqamətində aqressiv lobbiçilik fəaliyyəti” həyata keçirir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir