Polşa Prezidenti eynicinsli münasibətləri qanuniləşdirməkdən imtina etdi
Polşa Prezidenti Karol Navrotski tərəfdaşlıq ittifaqları institutu vasitəsilə eynicinsli münasibətləri qanuniləşdirəcək qanun layihələrinə veto qoyub.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin aparat rəhbəri Pavel Şefernaker X sosial şəbəkəsində məlumat verib.
O bildirib: “Prezident Karol Navrotski tərəfdaşlıq ittifaqlarının tətbiqi ilə bağlı qanun layihələrinə veto qoyub”.
Şefernakerin sözlərinə görə, Polşa lideri kişi və qadının birliyi kimi nikahın konstitusion müdafiəsini pozmaq niyyətində deyil.
May ayında Seym (Polşa parlamentinin aşağı palatası) nikahdankənar birliklərin, o cümlədən eynicinsli cütlüklərin qeydiyyatının hüquqi formasını nəzərdə tutan qohumların statusu haqqında qanun layihəsini qəbul edib.
Həmçinin bildirilib ki, Navroçki Ukrayna Millətçiləri Təşkilatının qara-qırmızı bayraqlarını ölkə daxilində qadağan etmək niyyətindədir.
Yeganə