Polşa ABŞ-a ölkədə daimi hərbi baza yaratmağı təklif edib
Polşa ABŞ-a respublika ərazisində daimi hərbi baza yaratmaq barədə rəsmi təklif təqdim edib.
Elchi.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
“Mən ABŞ-ın müdafiə naziri Pit Heqsetə ABŞ qoşunlarının Polşada yeni daimi bazasının yaradılması haqqında rəsmi təklif təqdim etdim”, — deyə Kosinyak-Kamış “X” sosial şəbəkəsində yazıb.
Polşada, əsasən rotasiya qaydasında, 10 minə yaxın ABŞ əsgəri yerləşdirilib. Mayın 19-da ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Polşadakı ABŞ qüvvələrinin rotasiyasında gecikmə olduğunu elan edib. Daha sonra Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ, kampaniyasını dəstəklədiyi “Polşanın hazırkı prezidenti Karol Navrotskinin uğurla yenidən seçilməsini nəzərə alaraq”, bu ölkəyə əlavə 5 min hərbi qulluqçu göndərəcək. Bununla belə, Amerika lideri ABŞ Silahlı Qüvvələrinin məhz hansı bölmələrinin Polşaya gedəcəyini, onların Avropanın digər ölkələrindən yönləndirilib-yönləndirilməyəcəyini və bunun rotasiya çərçivəsində qoşunların köçürülməsinin bərpası mənasına gəlib-gəlmədiyini dəqiqləşdirməyib.
Məryəm