Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır
İran dünya bazarı və beynəlxalq təchizat zəncirlərində səmərəli iştirakı gücləndirməlidir.
Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Dayanıqlı ərzaq təhlükəsizliyini təmin etmək üçün dünya bazarlarında, istehsal şəbəkələrində və beynəlxalq təchizat zəncirlərində səmərəli və birbaşa iştirakı gücləndirmək lazımdır”, – o qeyd edib.
Pezeşkianın fikrincə, qanunvericilik maneələri olduqda və ya normativ aktların dəyişdirilməsinə ehtiyac yarandıqda, hökumət tərəfindən qərar qəbul edilməsi üçün konkret və ekspert təklifləri təqdim edilməlidir:
“Kommersiya fəaliyyətində gəlir, xərc və mənfəətlilik strukturu dəqiq müəyyən edilməli və şəffaf olmalıdır”.