Paşinyan: “Ermənistan iki sahədə Rusiyaya alternativlər axtarır”

Reklam sahəsi

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, respublika Rusiya ilə təkcə iqtisadi deyil, siyasi sahədə də münasibətlərə alternativ axtarır.

Elchi.az xəbər verir ki, onun sözlərinə görə, İrəvan indi alternativlər axtarmağa qərar verib, çünki əvvəllər heç bir yox idi.

Məsələ belədir: Ermənistan Çin, ABŞ, Böyük Britaniya, Hollandiya, Fransa və başqa ölkələrlə strateji münasibətlərə dair müqavilələr imzalayıb. Əvvəllər Ermənistan bu qədər çox ölkə ilə strateji əlaqələr saxlaya bilməzdi.

Bu sözləri Ermənistanın baş naziri brifinqdə Rusiya ilə münasibətlərdəki böhranın siyasi aspekti ilə bağlı sualı cavablandırarkən deyib.

Bundan əlavə, Paşinyan iddia edir ki, Moskva ikitərəfli münasibətlərdə İrəvandan guya müstəsnalıq gözləyir. Onun sözlərinə görə, Ermənistan tərəfi bu yanaşmanı bölüşmür.

Rusiya Prezidenti Vladimir Putin və Paşinyan daha əvvəl telefon danışığı aparıblar. Söhbət zamanı Rusiya dövlət başçısı, digər məsələlərlə yanaşı, respublikanın Avropa İttifaqına üzv olması məsələsi ilə bağlı Ermənistanda mümkün qədər tez bir zamanda referendum keçirilməsinin zəruri olduğunu bildirib.

                                                                                                                                                                    Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir