NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) nüvə güc qurğusuna malik “Space Reactor 1” aparatının yaradılmasına və Marsa göndərilməsinə təqribən $2,1 mlrd. xərcləyəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti NASA nümayəndələrinə istinadən yazıb.
Layihənin icrası 2029-cu ilin əvvəlinə planlaşdırılır.