Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər
Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Elchi.az xəbər verir ki, N. Modi bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“İran Prezidenti Dr. Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım”, – o bildirib.
Söhbət zamanı ABŞ ilə İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib:
“Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım”.
Xatırladaq ki, İran Hörmüz boğazında sərbəst gəmiçiliyinin təminatı üçün gələcəkdə əlavə rüsumlar tələb edir və bu su yolunun ödənişli olması üçün Omandan da Tehrana həmrəylik ifadə olunub. Beynəlxalq Dəniz Təşkilatı (BDT) isə Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılmasını mümkün sayır.
Spoke with the President of Iran, Dr. Masoud Pezeshkian, on the recent developments in West Asia. Welcomed the progress made in the negotiations and expressed hope that continued efforts will lead to lasting peace in the region. Reiterated the importance of freedom of navigation…
— Narendra Modi (@narendramodi) June 30, 2026